ETSN Qaxda baş verən yanğın barədə məlumat yayıb

ETSN Qaxda baş verən yanğın barədə məlumat yayıb
# 25 iyul 2014 06:54 (UTC +04:00)

Bakı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaxda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, iyulun 24-də saat 18 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə sərhəddə yerləşən qış otlaq sahələrində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Dərhal əraziyə cəlb olunmuş İlisu Dövlət Təbiət Qoruğunun və Fövqəladə Hallar Nazirliyinin Qax, Zaqatala və Balakən Rayon Yanğından Mühafizə Hissələrinin əməkdaşlarının birgə səyləri nəticəsində yanğının qarşısı gecə saat 03:30 radələrində tam alınaraq qoruq ərazisinə keçməsinə imkan verilməyib.

Hadisə nəticəsində qış otlaq sahəsindəki biçilmiş taxıl sahələri və kol bitkilərinə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR