Bu il Ermənistanı tərk edənlərin sayı artıb

Bu il Ermənistanı tərk edənlərin sayı artıb
# 17 oktyabr 2014 08:52 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Bu ilin ilk 9 ayı ərzində Ermənistanı tərk edənlərin sayı 51 954 nəfər olub. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu, təkcə İrəvanın “Zvartnots” və Gümrünün “Şirak” hava limanlarında qeydiyyatdan keçərək ölkədən gedənlərin sayıdır. Onlar bir daha Ermənistana qayıtmayıblar.

Ölkəni tərk edənlərin sayı ötən ilə nisbətən 20 faiz artıb. Belə ki, ötən il bu rəqəm 43 224 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR