Belçikada Azərbaycanın biznes imkanları yüksək dəyərləndirilib - FOTO

Belçikada Azərbaycanın biznes imkanları yüksək dəyərləndirilib - <span style="color: red;">FOTO
# 27 sentyabr 2014 10:44 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA – ya verilən məlumata görə, TEAS-ın London və Parisdə uğurla keçirdiyi biznez forumlar seriyasından sonra bu tədbir cəmiyyətin Belçika nümayəndəliyi tərəfindən təşkil olunub.

Brüssel biznes forumunda əsas diqqət qeyri-neft sahəsinə yönəlib. 200-dən artıq nümayəndənin qatıldığı bu tədbir Belçika şirkətlərini Azərbaycanın tikinti, kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsində təklif etdiyi imkanlarla tanış etmək məqsədi daşıyıb. Forum 2014-cü ilin Azərbaycanda “Sənaye ili”nin elan olunması çərçivəsində təşkil olunub. Azərbaycan öz xarici bazarlarının inkişaf etdirilməsinə, iqtisadiyyatının çoxşahəliliyinə və Dünya Ticarət Təşkilatına qoşulmağa nail olmağa çalışır. Forumda AWEX-lə yanaşı “Flanders İnvestment and Trade” (FİT), eləcə də “Brussels İnvestment and Export (BİE) şirkətləri iştirak ediblər.

TEAS-ın direktoru Lionel Zetter bildirib ki, Azərbaycan iqtisadiyyatın inkişafı, Qərb ölkələri ilə bağların artması və sabitlik baxımından çiçəklənən ölkədir: “Azərbaycanı ziyarət edənlərin hamısı bilməlidir ki, bu ölkədə biznes qurmaq çox asan və azaddır. Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqına ən yaxın ölkələrindən biridir. Bu ölkə ziyarət, yaşamaq və biznes qurmaq üçün çox əlverişlidir”.

Belçika xarici işlər nazirliyinin qarşılıqlı və iqtisadi işlər şöbəsinin müdiri Yohan Van Dessel isə Belçika-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsinə rəğmən onların hər zaman daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd edib: “Avropa İttifaqının üzvü olan olan bir ölkə kimi Belçika Azərbaycanla “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıqdan məmnundur. Bu, uzunmüddətli əməkdaşlığın əsas şərti olan davamlı siyasi sabitliyin olduğunu göstərir. Hazırda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri missiyasını həyata keçirir. Noyabr ayından bu qurumda Belçikanın sədrliyi başlayacaq. Biz Azərbaycanın uğurlu işini davam etdirməyə ümid edirik”.

Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqında Azərbaycan nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov ölkəmizin Qərb texnologiyalarına ehtiyacı olduğunu bildirib: “Mən, 2019-cı ildə Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub” dəhlizinin təməlqoyma mərasimində iştirak etmək üçün Bakıdan yenicə qayıtmışam. Dəyəri 45 milyard dollar olan bu layihədə Azərbaycan Avropa istiqamətində hərəkət etməyi qərara alıb. Bu layihədə iştirak edən səhmdarlardan biri də Belçikanın “Fluxys” şirkətidir. Ölkəmizi inkişaf etdirmək üçün bizim Qərb texnologiyalarına və elmi yanaşmalara ehtiyacımız var. Məhz buna görə hər il yüzlərlə tələbə Prezident təqaüdü ilə başqa ölkələrə göndərilir. Bu tələbələr yeni nəslin menecerləri olacaqlar. Azərbaycana xoş gəlmişsiniz: mənim ölkəm öz gələcəyinin qurulmasında sizin iştirakınız üçün açıqdır”.

Öz növbəsində Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf ölkəmizin iqtisadiyyatının sürətli inkişafından danışıb. Azərbaycan iqtisadiyyatının son bir neçə ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə çevrildiyini deyən R. Nəcəf ölkəmizin hazırda Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik olduğunu vurğulayıb: “Son 5 ildə qeyri-neft sektorunun inkişafı ümumi iqtisadiyyatın inkişafının katalizatoru olub. Bizim bu sahəni inkişaf etdirmək üçün aydın strategiyamız var. Biz Azərbaycanı elm üzərində qurulmuş bir dövlət kimi görmək istəyirik. Burada azad sərmayə şəraiti var, biz 46 qarşılıqlı sərmayə sazişi imzalamışıq. Ümid edirəm ki, Brüsseldəki növbəti biznes-forum AİŞ ilə Belçika şirkətləri arasında müştərək müəssisələrin yaradılması ilə nəticələnəcək”.

Dünya Bankının baş infrastruktur müfəttişi Hacı Hüseynov isə Azərbaycan paytaxtında gedən işlər barədə məlumat verib. “Hazırda Bakı şəhərinin 2030-ci ilədək inkişaf planı reallaşmaqdadır. Biz 2015-ci il ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində avtonəqliyyat infrastrukturunun və ictimai nəqliyyatın rahat hərəkət sisteminin inkişafı yollarının axtarışındayıq. Hökumət 85 yeni su anbarının istifadəsi və çirkab suların təmizlənməsinə dair yeni plan hazırlayıb”, - deyə o vurğulayıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinn müdiri Rəşad Məcidov isə ölkəmizin kənd təsərrüfatının inkişafından danışıb: “Azərbaycanda mövcud olan 9 iqlim zolağında bir çox meyvə-tərəvəz növləri becərilir. Hazırda onlar Türkiyə, Rusiya və Gürcüstana ixrac olunur. Ancaq Azərbaycan məhsullarına Qərbi Avropada da tələbat var. Ölkə əhalisinin 40 faizi kənd təsərrüfatı sahəsində çalışır və bu, karbohidrogen ehtiyatlarından sonra ikinci ən böyük ixracdır, qeyri-neft sektorunun lokomotividir. Amma təəssüf ki, o, ÜDM-in cəmi 5,1 faizini təşkil edir. Ötən 10 il ərzində biz hər il 5 faizlik artıma nail olmuşuq. Kənd təsərrüfatı avadanlıqlarına, yeni məhsul və gübrə növlərinə sərmayə cəlb etmək üçün hökümət vergi güzəştləri siyasətini yürüdür. Belçika təcrübəsini tətbiq etmək üçün böyük imkanlar var”.

“Təmiz Şəhər” ASC-nin Abşeron Göllərinin Bərpası proqramının ictimayi əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov isə neft hasılatı nəticəsində çirklənmiş göllərin təmizlənməsindən bəhs edib: “Biz, Sovet dövründən tənzimlənməyən, neft hasilatı nəticəsində çirklənmiş 9 gölün bərpasına 500 milyon avro xərcləməyi planlaşdırırıq. Bu göllərdən birinin 2015-ci il Avropa Oyunlarına kimi bərpa olunacağına ümid edirik. Göllərin bərpasında Belçika şirkətlərinin iştirakı üçün böyük imkanlar var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR