Eldar Sabiroğlu: “Snayperlər yalnız Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra geri çəkilə bilər”

Eldar Sabiroğlu: “Snayperlər yalnız Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra geri çəkilə bilər”
# 03 may 2013 17:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bu gün cəbhə xəttində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan tərəfinin birmənalı şəkildə mövqeyi bəllidir və bu məsələ yalnız Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkün ola bilər. E. Sabiroğlu qeyd edib ki, Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır.

E. Sabiroğlu orduda son vaxtlar qeydə alınan itkilərə münasibət bildirib: “Hər bir itki ürək ağrıdır. Ancaq bəzi KİV-də yayımlanan informasiyalar qərəzlidir. Hərbçilərin ailə-məişət zəmində, yol qəzalarında həyatını itirməsini Azərbaycan Silahlı Qüvvələrinin itkisi kimi qələmə vermək düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR