Donetskin mərkəzində üç güclü partlayış baş verib

Donetskin mərkəzində üç güclü partlayış baş verib
# 20 avqust 2014 17:36 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Donetsk şəhərində bir neçə partlayış olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin mərkəzində üç güclü partlayış baş verib.

Hələ ki, mərmilərin hədəfi barədə açıqlama verilmir.

Ukraynanın şərqində gedən döyüşlər başlayandan ümumilikdə 951 nəfər ölüb, 1748 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR