Dövlət İmtahan Mərkəzi magistrləri işə dəvət edir

Dövlət İmtahan Mərkəzi magistrləri işə dəvət edir
# 16 iyun 2016 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistrlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətə əsasən Dövlət İmtahan Mərkəzi (DİM) Təhsil ixtisasları üzrə ali təhsil almış, ümumtəhsil məktəbləri üçün yeni təhsil proqramları (kurikulumları), şagird nailiyyətlərinin qiymətləndirilməsi meyarları və testologiya haqqında məlumatı olan magistrləri müqavilə əsasında işə dəvət edir.

Maraqlanan şəxslər özləri haqqında məlumatı (CV-lərini) iyul ayının 5-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR