Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 16 iyun 2016 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Son sözlə çıxış edən R. Quliyev bildirib ki, bir nəfərdən 3 min, digərindən 4 min manat pulu alver məqsədi ilə alıb. Lakin qızının və həyat yoldaşının gözü zəif gördüyündən onları aparıb İranda əməliyyat elətdirib, pulu da orda həkimlərə verib. R. Quliyev III qrup əlil olduğunu da bildirib.

Məhkəmənin hökmü ilə R. Quliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Quliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR