Goranboyda saxta pulla avtomobil alan şəxs tutulub

Goranboyda saxta pulla avtomobil alan şəxs tutulub
# 18 sentyabr 2015 09:45 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu il may ayının 25-də Tərtər şəhər sakini Elxan Hacıyev Goranboy Rayon Polis Şöbəsinə müraciət edərək, mayın 22-də “Mercedes” markalı avtomobili İlham adlı şəxsə 2500 ABŞ dollarına və 350 manata satmasını, lakin aldığı əskinaslardan 14 ədəd 100 ABŞ dollarının saxta olmasını bildirib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Ruslan Əliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR