Devid Kemeron Böyük Britaniyada yaşayış minimumunun məbləğindən xəbərsizdir

Devid Kemeron Böyük Britaniyada yaşayış minimumunun məbləğindən xəbərsizdir
# 23 aprel 2015 02:32 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron seçkiqabağı debatlarda ölkədə yaşayış minimumunun məbləği barədə sualı cavablandıra bilməyib.

APA-nın “The Guardian” qəzetinə istinadən verdiyi xəbərə görə, gənc seçicilərdən biri baş nazirin minimum aylıq əməkhaqqı ilə yaşaya bilib-bilməyəcəyi barədə sual verib.

“Yaşayış minimumunun məbləği ölkənin müxtəlif bölgələrində fərqlidir. Mən bu rəqəmləri beynimdə saxlamıram”, deyən Kemeron cavabdan yayınıb.

Qeyd edək ki, Böyük Britaniyada yaşayış minimumu saatda 6,50 funt təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR