Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb - VİDEO

Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb - <span style="color: red;">VİDEO
# 27 avqust 2015 10:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş, 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən APA-ya bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil.

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR