Bank Of Baku

Bağdadda partlayış baş verib

Bağdadda partlayış baş verib
# 26 may 2018 00:00 (UTC +04:00)

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident İraq Kommunist partiyasının mənzil-qərargahının qarşısında qeydə alınıb.

 

İlkin məlumata əsasən, partlayış nəticəsində 3 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

 

Qeyd edək ki, İraq Kommunist partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gələn “Sayrun” blokunda təmsil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR