“ExpressPay” ödəniş terminallarına “BakıElektrikŞəbəkə” üzrə ödəmələr əlavə olunub

“ExpressPay” ödəniş terminallarına “BakıElektrikŞəbəkə” üzrə ödəmələr əlavə olunub
# 31 mart 2015 09:27 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “ExpressPay” ödəniş terminallarına “BakıElektrikŞəbəkə” (Azərişıq) üzrə ödəmələr əlavə olunub.

“Expressbank”dan “APA-Economics”ə verilən məlumata görə, artıq müştərilər istifadə edəcəkləri enerjinin dəyərini “ExpressPay” terminalları vasitəsilə artıra bilərlər.

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Nikoil Bank”, “Bakı taksi”, mobil operatorlar, kommunal/rabitə ödənişləri (Aztelekom – BTRİB), “Kabel TV”, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR