Azərbaycanda gözdən əlili qatar vurub

Azərbaycanda gözdən əlili qatar vurub
# 18 avqust 2014 11:56 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax dəmiryol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Rayonun Xırdapay kənd sakini, 1962-ci il təvəllüdlü gözdən əlil Ağaməmməd Ağa oğlu Məmmədov dəmiryol xəttindən keçərkən onu qatar vurub.

Hadisə yerində bir qolunu itirən A. Məmmədov təcili Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə yaralıya ilkin yardım göstərilib , lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR