Türkiyədə prezident Ərdoğanın Adanada mitinq keçirməsinə icazə verilməyib

Türkiyədə prezident Ərdoğanın Adanada mitinq keçirməsinə icazə verilməyib
# 20 may 2015 14:16 (UTC +04:00)

APA-nın “Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Adana şəhərinin Seyhan rayonunun 1-ci seçki komissiyası Adana valiliyinin prezidentin mitinqi ilə bağlı rəsmi müraciətini rədd edib. Seçki komissiyası qərarını həmin gün Adanada Vətən Partiyasının (Doğu Pərinçək) seçkiqabağı mitinqinin keçiriləcəyi ilə izah edib.

Adana böyükşəhər bələdiyyəsinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan sədri Hüseyn Sözlü isə bildirib ki, Konstitusiyaya əsasən prezident tərəfsiz olmalıdır: “Seçki ərəfəsində hörmətli prezidentin Adanaya gəlib mitinq keçirməsi onun tərəfsizliyinə kölgə salar. Seçkidən sonra gəlsə, onu çox isti qarşılayarıq”.

Qeyd edək ki, R. T. Ərdoğan iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin müxtəlif yerlərində açılışlara qatılır və həmin açılışlar mitinqə çevrilir. Müxalifət prezidenti bitərəfliyini itirərək hakim partiyanın lehinə təbliğat aparmaqda ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR