Obama İraqda yeni baş nazirin təyinatını alqışlayıb

Obama İraqda yeni baş nazirin təyinatını alqışlayıb
# 12 avqust 2014 00:42 (UTC +04:00)

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Obama qeyd edib ki, böhran yaşayan İraqda çox ümidverici qərar qəbul olunub.

Obama İraqın yeni baş naziri ilə artıq təmasda olduğunu və onu tezliklə yeni nazirlər kabinetini formalaşdırmağa çağırıb. ABŞ prezidenti vurğulayıb ki, yeni hökumətdə İraqın bütün etnik və dini icmaları geniş şəkildə təmsil olunmalıdır.

Qeyd edək ki, İraq prezidenti Fuad Masum Şiə Milli İttifaqının namizədi Heydər əl-Abadini baş nazir postuna təyin edib. Sabiq baş nazir Nuri əl-Maliki isə prezident Masumu Konstitusiyanı pozmaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR