Yanvar-mart aylarında 11 mln. ton xam neft, 7 mlrd. kubmetrdən artıq təbii qaz istehsal olunub

Yanvar-mart aylarında 11 mln. ton xam neft, 7 mlrd. kubmetrdən artıq təbii qaz istehsal olunub
# 14 aprel 2015 13:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 3 401,9 mln. manat olmaqla əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 5,6 faiz üstələyib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən rüb ərzində ölkədə 10 669,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin yanvar-mart ayına nisbətən 1,4% çoxdur. Nəticədə bu ilin aprelin 1-nə 231,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bunun 10 545,1 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 31,3% çoxdur.

Ötən rüb ərzində ölkədə 7 323,6 mln. kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 3,6% azdır. Bunun da 5 163,4 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR