AŞPA məruzəçisi Milica Markoviç Sərsəng su anbarının vəziyyətini öyrənmək üçün Bakıdan Azərbaycanın işğal olunmuş bölgəsinə gedir

AŞPA məruzəçisi Milica Markoviç Sərsəng su anbarının vəziyyətini öyrənmək üçün Bakıdan Azərbaycanın işğal olunmuş bölgəsinə gedir
# 24 avqust 2015 15:27 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, Milli Məclisin komitə sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi mövzusu üzrə qurumun məruzəçisi xanım Milica Markoviçin başçılıq etdiyi nümayəndə heyətinin isti yay günlərində Azərbaycana gəlişini yüksək dəyərləndirib.

O Sərsəng su anbarının Ermənistanın işğalı altında olması nəticəsində 400 min soydaşımızın, qaçqın və köçkünün suvarma suyundan məhrum olduğunu, humanitar fəlakət şəraitində yaşadığını bir daha diqqətə çatdırıb, vəziyyəti yerindəcə görüb dəqiqləşdirmələri üçün faktaraşdırıcı missiyaya hər cür şərait yaratmağa hazır olduğumuzu bildirib. Seyidov işğalçı Ermənistanın qəsdən AŞPA təmsilçilərinə bölgəyə getmək üçün şərait yaratmadığını vurğulayıb.

Görüşdə “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsi” mövzusu üzrə AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç yay tətili günlərində onlarla görüşə vaxt ayıran Azərbaycan deputatlarına minnətdarlığını bildirib. Azərbaycana ötən ilin dekabrında etdiyi ilk səfərdən sonra Sərsəng ərazisinə baş çəkmək məqsədilə Ermənistana da müraciət etdiyini və indiyədək heç bir cavab ala bilmədiyini deyib. Problemə açıq münasibət bəsləyən Azərbaycan tərəfin mövqeyinə və Sərsənglə bağlı təqdim etdiyi materiallara görə razılığını bildirib. Problemin həlli istiqamətində nəzərdə tutduğu təklifləri diqqətə çatdırıb. Görüşdə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva fikirlərini bölüşdülər. XXI əsrdə insanın sudan məhrum edilməsinin əsl işgəncə olduğu vurğulandı. Sərsəng su anbarının ətrafında beynəlxalq müşahidə qrupunun yaradılması barədə Milica Markoviçin irəli sürdüyü təklif dəstəkləniv. Görüşün yekununda AŞPA məruzəçisi səfər proqramı barədə məlumat verdi, hökumət nümayəndələri ilə görüşlərdən sonra bölgəyə yollanacaqlarını bildirib. Xanım M.Markoviç qarşıdakı parlament seçkiləri ilə əlaqədar azərbaycanlı həmkarlarına uğurlar diləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR