Rusiya XİN: Şantaja dözmək niyyətində deyilik

Rusiya XİN: Şantaja dözmək niyyətində deyilik
# 17 iyul 2014 12:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya ABŞ-ın sanksiyalarına cavab vermək haqqını özündə saxlayır.

APA-nın Moskva müxbirinin verdiyi məumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Əgər Vaşinqton Rusiya-ABŞ münasibətlərini çökdürməyə qərar veribsə, bu, onun vicdanına qalıb. Biz bütün dövlətlərlə, o cümlədən ABŞ-la konstruktiv əməkdaşlığa açıq olmuşuq və indi də açığıq. Şantaja dözmək niyyətində deyilik", - deyə bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR