Bakıda iki yük avtomobili toqquşub - VİDEO

Bakıda iki yük avtomobili toqquşub - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2014 14:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Binəqədi rayonunda “Kamaz” markalı yük avtomobili digər yük avtomobili ilə toqquşub. Nəticədə “Kamaz”ın sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR