Azərbaycan banklarında yerləşdirilən əhalinin əmanətlərində azalma müşahidə olunur

Azərbaycan banklarında yerləşdirilən əhalinin əmanətlərində azalma müşahidə olunur
# 02 mart 2015 06:45 (UTC +04:00)

Bakı - APA-Economics. Cari il fevralın 1-nə Azərbaycanda bankların ümumi aktivləri 24 mlrd. 837,7 mln. manat təşkil edir.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən verdiyi xəbərə görə, cari ilin əvvəli ilə müqayisədə bu göstərici 1,37% azalıb. Xatırladaq ki, yanvarın 1-ə bankların məcmu aktivləri 25 182,5 mln. manat olub.

Fevralın 1-ə bankların məcmu kredit qoyuluşları ilin əvvəli ilə müqayisədə 0,02% artaraq 18 mlrd. 20,3 mln. manat, məcmu kapitalı isə 1,31% artaraq 4 mlrd. 325,5 mln. manat təşkil edib.

Statistikaya əsasən, banklarda yerləşdirilən əhalinin əmanətləri 0,93% azalaraq 7 mlrd. 121,3 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR