Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 12 avqust 2016 14:49 (UTC +04:00)

Bakı-APA. Bakıda daha bir şəxs Xəzərdə batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:10-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR