“Zeit Online”: “Almaniya futbol üzrə dünya çempionatını keçirmək hüququnu siyasi yolla əldə edib”

“Zeit Online”: “Almaniya futbol üzrə dünya çempionatını keçirmək hüququnu siyasi yolla əldə edib”
# 07 iyun 2015 09:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Almaniyanın futbol üzrə dünya çempionatını keçirmək hüququnu siyasi yolla əldə etdiyi məlum olub.

APA-nın məlumatına görə, bu barədə yerli “Zeit Online” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2000-ci ildə 2006-cı il Futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək ölkənin seçilməsi prosesi aparılarkən ən güclü namizəd Cənubi Afrika Respublikası olub: “Lakin Almaniya son anda FİFA-nın Asiyada olan məmurları hesabına səsvermədə irəli düşüb”.

Mənbənin verdiyi məlumata görə, Volkswagen və Bayer A kimi şirkətlər Tailand və Cənubi Koreyadakı zavodlara investisiya yatıracaqları ilə bağlı söz veriblər.

Həmçinin bildirilir ki, Almaniyanın o zamankı federal kansleri Herhard Şreder seçkilərdən bir həftə əvvəl Səudiyyə Ərəbistanına Almaniyanın namizədliyini dəstəkləyəcəyi halda silah tədarük edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR