Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Iyun

 Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Iyun
# 25 iyun 2016 18:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Həftənin, ayın, ilin hadisəsi geridə qaldı. Nəticələrini isə hələ gələcəkdə daha çox hiss edəcəyik. Tək biz yox, bütün dünya.

"Brexit" öz təsirini ilk növbədə maliyyə və xammal bazarlarında göstərməkdədir. Qızıl kəskin bahalaşır, neft ucuzlaşır, milli valyutalar dollar qarşısında dəyər itirir. "Brexit" Avropa bazarlarından sərmayəçilərin qaçmasına səbəb olacaq. Artıq sərmayələrin Avropadan ABŞ-a axını başlayıb, proses önümüzdəki həftələrdə daha intensiv hal alacaq.

Referendumun nəticələri təkcə Britaniyanı deyil, bütövlükdə Avropa İttifaqını zəiflədəcək. Funt sterlinqin ardınca avronun da dəyər itirməsi sərmayəçiləri Avropa bazarı ilə bağlı iki dəfə düşünməyə vadar edəcək. Bu səbəbdən önümüzdəki dönəmdə Avropanın enerji təhlükəsizliyini təmin edəcək qlobal enerji layihələrinin maliyyələşməsində problemlər yarana bilər.

Ən nəhayət, "Brexit" Rusiyanın əlini gücləndirmiş olur. Azərbaycana təsirə gəldikdə isə, sualın cavabı yuxarıdadır, hər kəs özü nəticə çıxara bilər.

Vüqar Məsimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR