SOCAR bir il ərzindən həyata keçirilmiş qazma işlərinin həcmini 38% azaldıb

SOCAR bir il ərzindən həyata keçirilmiş qazma işlərinin həcmini 38% azaldıb
# 02 aprel 2015 13:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6 595 metr qazma işi həyata keçirib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 5 380 metr və ya 44,9% azdır. Bu sahədə görülmüş işlərin 6208 metri istismara, 387 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, bu ilin yanvar-mart aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 20 750 metr qazma işi görülüb ki, Bu da ötən ilin ilk üç ayı ilə müqayisədə 13 027 metr və ya 38,5% azdır. Bunun da 19 763 metri istismara, 987 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 16 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR