Bakı-APA. Bu gün Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayip Ərdoğan və Barak Obama arasında görüş keçiriləcək.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, görüş zamanı prezidentlər Suriya münqişəsinin nizamlanması daxil olmaqla, bir neçə mühüm məsələni müzakirə edəcəklər.