Gələn ildən AMEA-nın illik hesabatlarının hazırlanmasında yeni sistem tətbiq olunacaq

Gələn ildən AMEA-nın illik hesabatlarının hazırlanmasında yeni sistem tətbiq olunacaq
# 17 dekabr 2014 13:51 (UTC +04:00)

AMEA prezidenti institutlar tərəfindən təqdim olunan hesabatlar barədə bəzi narazılıqlarını bildirib

Bakı. Könül Kamilqızı – APA. Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik hesabatlarının hazırlanmasında yeni sistem tətbiq olunacaq. APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Әlizadə akademiyanın Direktorlar Şurasının bu gün keçirilən iclasında bildirib ki, institutlar və elmi-tədqiqat müəssisələri artıq il ərzində iki dəfə hesabat verəcəklər. Bununla bağlı AMEA tərəfindən sərəncamın olacağını deyən A.Əlizadə qeyd edib ki, hər bir hesabat 6 ayı əhatə edəcək. Onun sözlərinə görə, hesabatın birinci yarımilliyi iyunda, digər yarımillik isə dekabrda əldə olunacaq. AMEA prezidenti qeyd edib ki, artıq AMEA müəssisələrinin Rəyasət Heyəti qarşısında hesabat verməsi sistemi də dəyişdirilməli, bu iş müvafiq bölmələrə həvalə edilməlidir.

Akademiya prezidenti institutlar tərəfindən təqdim olunan hesabatlar barədə bəzi narazılıqlarını da bildirib: “Hazırda institutların illik hesabatları formal olur. Bir çox hallarda isə hesabatlara - elmi nəticələrin müzakirəsinə kifayət qədər vaxt ayrılmır. Xarici ölkələrdə isə hesabatlara həftələr ayrılır. Bizdə də institut direktorları özləri tərəfindən bir qrafik müəyyənləşdirilə bilərlər. Düşünürəm ki, əgər illik hesabatlar ildə iki dəfə hazırlanaraq təqdim olunarsa, bu işin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR