Milli Məclisin yaz sessiyasının ilk iclası başa çatıb

Milli Məclisin yaz sessiyasının ilk iclası başa çatıb
# 01 fevral 2013 14:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında bir sıra sənədlər qəbul olunub.

APA-nın məlumatına görə, bunlardan biri “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə qanun layihəsidir.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, ölkədə korrupsiya mübarizə ilə bağlı geniş və iradəli tədbirlər görülür: “Eyni zamanda korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramında da beynəlxalq əməkdaşlıq hər zaman diqqətdə olub. Azərbaycan prezidenti tərəfindən təklif olunan hazırkı sənəd də bunu nəzərdə tutur. Sənədin əsas mahiyyəti odur ki, milli qanunvericilikdə nəzərdə tutulan arbitr şəxslərin də korrupsiya cinayətinin subyekti kimi təsbit olunması tövsiyə olunur”.

Arbitr dedikdə, qeyd olunan Protokolun iştirakçısı olan dövlətlərin milli qanunvericilikləri ilə müəyyən edilən şəxs başa düşülür. Sənəd səsə qoyularaq qəbul olunub. Bundan başqa, iclasda “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Patent haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də səsə qoyularaq qəbul olunub.

Bununla da MM-in yaz sessiyasının ilk iclası işini yekunlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR