Paşha Bank
Bank Of Baku

Xocalıya səfər edən türkiyəli professor: Müharibənin acı nəticələrini yaşayan ailələrlə qarşılaşmaq kədərlidir

Xocalıya səfər edən türkiyəli professor: Müharibənin acı nəticələrini yaşayan ailələrlə qarşılaşmaq kədərlidir
# 09 oktyabr 2026 12:32 (UTC +04:00)

“Müharibənin silahlar susduqdan sonra da başa çatmadığını görürük”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Ankara Universitetinin Antropologiya kafedrasının müəllimi, professor Timur Gültekin Xocalıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müharibənin acı nəticələri, itkilər və hələ də bu ağrıları yaşayan ailələrlə qarşılaşmaq böyük kədər doğurur.

Professor qeyd edib ki, liderlər və siyasətçilər gələcəklə bağlı qərarlar qəbul edərkən müharibənin mümkün nəticələrini nəzərə almalıdırlar:

“Bir bölgəni qeyri-sabit vəziyyətə salmağın və sonradan həmin ərazinin yenidən toparlanmasını təmin etməyin nə qədər çətin olduğunu görürük”.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans iştirakçıları Qarabağa səfər çərçivəsində Xocalı Memorial abidə kompleksi də ziyarət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR