Azərbaycan sığorta bazarı I rübdə 25% artıb

Azərbaycan sığorta bazarı I rübdə 25% artıb
# 17 aprel 2013 12:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 102,230 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 25,3% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 53,0% artaraq 25,398 mln. manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə daxilolmaların həcmi 22,4% artaraq 74,049 mln. manat təşkil edib. O cümlədən, həyat sığortası üzrə daxilolmaların həcmi 2,6 dəfə artaraq 12,110 mln. manata, qeyri-həyat sığortası üzrə 10,9% artaraq 61,939 mln. manata çatıb. İcbari sığorta növləri üzrə daxilolmalar 33,7% artaraq 28,181 mln. manat olub.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (31,654 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (11,959 mln. manat), «Həyatın yaşam sığortası» (11,157 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (10,641 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» (8,567 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (4,935 mln. manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (3,678 mln. manat), «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (3,267 mln. manat) növləri üzrə toplanılıb.

Ödənişlərə gəldikdə isə könüllü həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 801,683 min manata bərabər olub ki, bu da illik müqayisədə 4,7 dəfə çoxdur. Könüllü qeyri-həyat sığortası üzrə ödənişlər 16,3% artaraq 17,077 mln. manata çatıb. Ümumilikdə, könüllü sığorta növləri üzrə ödənişlər 20,1% artaraq 17,879 mln. manat, icbari sığorta növləri üzrə isə 4,2 dəfə artaraq 7,520 mln. manat təşkil edib.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (9,600 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (5,737 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (4,991 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR