Ukrayna baş naziri Qərb ölkələrini Rusiyanın aktivlərini dondurmağa çağırıb

Ukrayna baş naziri Qərb ölkələrini Rusiyanın aktivlərini dondurmağa çağırıb
# 28 avqust 2014 12:20 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukraynanın baş naziri Arseniy Yatsenyuk tərəfdaş ölkələrə müraciət edərək, Rusiyanın aktivlərini dondurmağa çağırıb.

APA - nın UNİAN-a istinadən verdiyi məlumata görə, A.Yatsenyuk qeyd edib ki, Rusiya öz qoşunlarını və texnikasını Ukraynadan çıxarmayanədək Ukraynanın tərəfdaşları Moskvaya təzyiq etməlidir.

“Tətbiq olunan sanksiyalar nəticə vermədi. Belə olduğu halda, Moskvanın aqressiv siyasətinə əngəl olmaq üçün əlavə tədbir kimi ABŞ, Avropa Birliyi və G7 ölkələrində Rusiyanın aktivlərini dondurmaq olar”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR