Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqinə yaxın zamanlarda başlanacaq
23 iyun 2008 11:10 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi qaydaları hazırlanıb və hazırda razılaşdırma mərhələsindədir. APA-nın xəbərinə görə, bu barədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. B. Xəlilov qiymətləndirmə sisteminin tətbiqinə yaxın zamanlarda başlanacağını deyib.
Komissiya sədri qeyd edib ki, dövlət qulluqçularının etik davranışları ilə bağlı komissiyaya vətəndaşlar tərəfindən müraciətlər də olunur: “Müraciətlər qanunvericiliyə uyğun olaraq araşdırılır və şikayətçilər bizdən razı qalıblar”. B. Xəlilov Litva İdarəçilik Akademiyası ilə Komissiya arasında imzalanan müqaviləyə əsasən, Azərbaycanın 36 dövlət orqanının kadrları və aparat rəhbərləri üçün Vilnüs şəhərində üç günlük təlim keçiriləcəyini bildirib. O qeyd edib ki, komissiya iyulun sonlarından başlayaraq, Azərbaycanın regionlarında yerli icra hakimiyyəti orqanlarının kadrları üçün təlimlərə başlayacaq.

Sosial
"Nar"dan sərfəli smartfon təklifi
18:23
27 aprel 2024
Ulyanovskda təhlükəli yükün ətrafa dağılmasına səbəb olan maşinistə hökm oxunub - VİDEO
15:56
27 aprel 2024
FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin finalına çıxıb
15:52
27 aprel 2024
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açılıb
15:08
27 aprel 2024