Hüquq müdafiəçisi Elçin Behbudov növbəti monitorinqlər keçirib
24 iyun 2008 14:51 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün inzibati qaydada həbs olunanların saxlanma məntəqəsində və yeniyetmələr üçün təcridetmə mərkəzində monitorinq keçirib. Komitə sədri APA-ya bildirib ki, 2007-ci ildə istifadəyə verilən inzibati həbs olunanların saxlanma məntəqəsi Avropa standartlarına tamamilə uyğundur: “Məntəqə Azərbaycanda analoqu olmayan saxlanma yeridir. Hazırda orada iki nəfər saxlanılır və onların saxlanma şəraitlərindən heç bir narazılıqları olmadı”. E. Behbudov Yeniyetmələr üçün təcridetmə mərkəzinin də Avropa standartlarına uyğun təmir edildiyini bildirib. Hazırda orada saxlanılan olmadığını bildirən komitə sədrinin sözlərinə görə, mərkəz 32 nəfər üçün nəzərdə tutulub.
Sosial
Beynəlxalq səyyahlar Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər - FOTO - YENİLƏNİB - VİDEO
11:54
4 may 2024
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlanıb
11:48
4 may 2024
Norveçli səyyah: Qarabağda dağıntılardan sonra yaşayış yerlərinin necə sürətlə ucaldığını gördüm
11:46
4 may 2024
Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşib
11:31
4 may 2024