“Azadlıq” meydanında keçiriləcək hərbi paradla əlaqədar Dənizkənarı Bulvar İdarəsində tədbirlər planı hazırlanıb
24 iyun 2008 15:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə “Azadlıq” meydanında təşkil ediləcək hərbi paradla əlaqədar iyunun 26-da Dənizkənarı Milli Parka gəliş-gedişə məhdudiyyət qoyulmayacaq. Dənizkənarı Bulvar İdarəsinin (DBİ) rəis müavini Nazim Məcidov APA-ya bildirib ki, yalnız “Azadlıq” meydanının ətrafındakı küçələrdən bulvara çıxış bağlanacaq, digər küçələrdən dəniz kənarına keçid isə açıq olacaq. N. Məcidov hərbi paradla əlaqədar DBİ-də də hazırlıq işlərinin görüldüyünü, tədbirlər planının hazırlandığını vurğulayıb: “Həm təhlükəsizlik, həm təmizlik, həm əhalinin Milli Parkdan paradı rahat izləməsi üçün lazımi tədbirlər görülüb. Həmin gün Milli Parkda karusel və attraksionların işi dayandırılacaq”.
Sosial
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
10:50
8 may 2024
Güclü leysan İsmayıllı-Qəbələ yolunda torpaq sürüşməsinə səbəb olub - FOTO
10:44
8 may 2024
Səfərbərlik Xidməti 102 yaşlı veteranı təltif edib
10:37
8 may 2024
NİİM 8 Noyabr prospektində təmirlə bağlı müraciət edib - FOTO
10:31
8 may 2024