Naxçıvanda məzunlardan rüşvət alaraq attestat verən orta məktəb direktoru saxlanılıb
25 iyun 2008 07:31 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Şıxmahmud kənd orta məktəbinin direktoru Ədalət Zalov saxlanılıb. APA-nın MR Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Ə. Zalov məktəbin məzunlarına attestatı rüşvət qarşılığında verməkdə təsirləndirilir. Araşdırmalar zamanı məlum olub ki, Ə. Zalov 2007-2008-ci tədris ilində məzun olan 36 nəfərin hər birindən 100 ABŞ dolları rüşvət aldıqdan sonra onlara attestat verib. Ə. Zalov 2004-cü ildən məktəb direktoru işlədiyini, ilk dəfə belə hərəkətə yol verdiyini bildirib və təqsirini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sosial
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024
Hacıqabulda 17 yaşlı qız qlzılcadan ölüb
15:06
5 may 2024
DİM: İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud abituriyent də iştirak edib
13:44
5 may 2024
İmtahan nəticələrinin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur
13:42
5 may 2024