Azərbaycanlıların əksəriyyəti terrorçuluğun qarşısının zorakılıq və işgəncələr vasitəsilə alınmasının əleyhinədir
25 iyun 2008 09:07 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “World Public Opinion” təşkilatı bir neçə ölkədə terrorçuluqla mübarizə yollarına dair sorğu keçirib. APA-nın təşkilatın saytına istinadən verdiyi məlumata görə, 19 ölkədə keçirilən sorğunun nəticələrinə əsasən respondent ölkələrin əksəriyyəti terrorçuluğun qarşısının zor gücünə və işgəncələr vasitəsilə alınmasının əleyhinədir. Bu ölkələrin arasında Azərbaycan da var. Azərbaycanlıların 54 faizi hesab edir ki, terrorçu da olsa, belə şəxslərə qarşı hər cür zorakılıq halları qadağan olunmalıdır. Rəyi soruşulanların 26 faizi düşünür ki, günahsız insanların həyatını xilas etmək naminə müəyyən həddə zorakılığa yol vermək mümkündür. Azərbaycanlı respondentlərin 8 faizinin fikrinə görə isə terrorçulara qarşı işgəncələrə yol vermək olar.
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024