Vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsahibədə iştirak üçün sənəd qəbulu başa çatıb
25 iyun 2008 09:39 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İyunun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müsahibəyə təqdim edilən 142 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün sənəd qəbulu başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyada 98 namizəd qeydə alınıb, onlardan 19-u qadın, 79-u isə kişidir. Məlumata görə, 12 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarını əhatə edən bu vəzifələrdən 83-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrədir. Qeydə alınmış 98 namizəddən 47-si məhz bu dövlət qurumuna sənəd veriblər. Müsahibədə 1 vakant vəzifə ilə iştirak edən Sənaye və Energetika Nazirliyi üzrə heç bir namizəd qeydə alınmayıb.
Sosial
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib
19:11
6 may 2024
DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər
18:06
6 may 2024
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
16:38
6 may 2024
Magistraturaya qəbul olmaq istəyənlərə şad xəbər: UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb
16:27
6 may 2024