Bank Of Baku

Kəngərlidə əsgər tədris-texniki, yaşayış-məişət kompleksi istifadəyə verilib

Kəngərlidə əsgər tədris-texniki, yaşayış-məişət kompleksi istifadəyə verilib
# 25 iyun 2008 09:49 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) Kəngərli rayonu ərazisində yeni əsgər tədris-texniki, yaşayış-məişət kompleksi istifadəyə verilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən Naxçıvan Qarnizonunun rəisi Kərəm Mustafayev regionda ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb. Orduda döyüş hazırlığının yüksək səviyyədə olduğunu deyən qarnizon rəisi bu sahədə həyata keçirilən tədbirlərin nəticəsi kimi şəxsi heyətdə xidmətdən yayınma hallarının tam aradan qaldırıldığını deyib. Onun sözlərinə görə, son illər MR-da 1734 zabitə hərbi rütbə verilib, min tonlarla tutumu olan müasir və mərkəzləşdirilmiş arxa cəbhə anbarları, onlarla müxtəlif hərbi təyinatlı obyekt tikilib. Tədbirdə iştirak edən MR Ali Məclisinin sədri Vasif Talıbov Milli Ordunun yaranması günü münasibətilə hərbçiləri təbrik edib. O, hərbi xidmətdə fərqlənən bir qrup zabit və gizir heyətinə qiymətli hədiyyələr verib, bir zabiti isə MR Ali Məclis sədrinin fərmanı ilə təltif edib.
Qeyd edək ki, kompleks 100 yerlik əsgər yataqxanasından, yeməkxanadan, 2 mərtəbədən ibarət tədris və texniki hissədən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR