Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə daha iki şikayət göndərilib
25 iyun 2008 10:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) hüquqşünasları Avropa İnsan Hüquqları Məhkəməsinə daha iki şikayət göndəriblər. HMC sədri İntiqam Əliyevin APA-ya verdiyi məlumata görə, bunlardan biri ötən sabiq nazir Əli İnsanovun məhkəməsinə buraxılmayan jurnalistlərin işi ilə, digəri isə Bakıda və digər ərazilərdə ağacların kütləvi şəkildə kəsilməsi faktı ilə əlaqədar Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Bakı Şəhər Ekologiya Departamentinə, Bakı şəhər və Masallı rayon İcra Hakimiyyətlərinə qarşı qaldırılan şikayətlərlə bağlıdır. Şikayətlərdə Konvensiyanın 6-cı (məhkəməyə çatımlıq), 8-ci (özəl həyat hüququ), 10-cu (məlumat almaq və yaymaq) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə hüquq) maddələrinin pozulduğu göstərilib.
Sosial
Azərbaycan Milli QHT Forumunun rəhbərliyində dəyişikliklər olacaq
09:08
6 may 2024
Bakıda sıxlıq olan yollar - SİYAHI
08:25
6 may 2024
“Al Jazeera”: İsrailin Rəfaha hücumu nəticəsində 21 nəfər ölüb
06:38
6 may 2024
XƏBƏRDARLIQ- Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək
17:02
5 may 2024