Bank Of Baku

Fərhad Əliyevin məhkəməsində təqsirləndirilən şəxslər bəraət istəyiblər

Fərhad Əliyevin məhkəməsində təqsirləndirilən şəxslər bəraət istəyiblər
# 25 iyun 2008 10:30 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev və digər şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxslərdən Maarif Qurbanovun vəkili Samir İsayev və Əlixan Paşayevin vəkili Eldəniz İsgəndərov müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə şərti cəza alan Məhəmmədnəbi Rüstəmovun vəkili Qayıb Cənnətov çıxışında bildirib ki, müdafiə etdiyi şəxsin heç bir günahı yoxdur. Vəkil M. Rüstəmovun haqqında çıxarılmış şərti cəzanın da ləğvini istəyib. Proses günün ikinci yarısında R. Əliyevin vəkili Fuad Ağayev çıxış ilə davam etdiriləcək.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F. Əliyev
10, R. Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 192-ci (qanunsuz sahibkarlıq), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergi ödəməkdən yayınma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci, (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR