Bank Of Baku

Rövşən Novruzoğlunun apellyasiya şikayəti təmin edilməyib

Rövşən Novruzoğlunun apellyasiya şikayəti təmin edilməyib
# 25 iyun 2008 10:54 (UTC +04:00)
Bakı. Hacı Zeynalov APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzini direktoru Rövşən Novruzoğlunun apellyasiya şikayətinə baxılıb. R. Novruzoğlunun vəkili Natiq Mustafayev APA-ya bildirib ki, məhkəmə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün qüvvədə saxlanılması barədə qərar çıxarıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurmaqla dələduzluq etmə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma) maddələri ilə ittiham olunan R. Novruzoğlu 4 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR