Bank Of Baku

Şahin Mirzəyev: “Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların arasında qadınların sayı ilbəil artır”

Şahin Mirzəyev: “Azərbaycanda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların arasında qadınların sayı ilbəil artır”
# 25 iyun 2008 12:52 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycanda son üç ildə və bu ilin beş ayı ərzində narkotiklərlə bağlı 8050 cinayət faktı aşkar edilib. Onlardan 2901-i narkotiklərin satışı, 4746-sı narkotik vasitələrin qanunsuz olaraq əldə olunub saxlanması, 403-ü narkotik xassəli bitkilərin əkini ilə bağlı olub. APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahin Mirzəyev bildirib. Ş. Mirzəyev deyib ki, bu müddətdə qanunsuz dövriyyədən 1 ton 57 kiloqramdan çox müxtəlif növ narkotik vasitə aşkarlanaraq götürülüb. Narkotik vasitələr hazırlanması üçün istifadə oluna bilən 1316 ton 33 kiloqram yabanı halda bitən narkotik mənşəli bitki yaşıl kütlə halında aşkarlanaraq məhv edilib. Ş. Mirzəyevin sözlərinə görə, bu müddətdə Azərbaycanda narkotiklərlə bağlı aşkarlanan cinayətlər üzrə 6662 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 1630 nəfəri 30 yaşa qədər olan gənc, 23 nəfər 18 yaşa çatmayan, tələb, 185 nəfər xarici ölkələrin vətəndaşıdır: “Narahatedici faktlardan biri də odur ki, narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunanların sırasında qadınların sayı ilbəil artır”. Rəis müavini ötən il cinayət məsuliyyətinə cəlb olunan 42 xarici ölkə vətəndaşından 92 kiloqram 150 qram narkotik vasitə götürüldüyünü açıqlayıb və qeyd edib ki, onların 99 faizi İran vətəndaşıdır. Son illər keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ən müasir silahlarla təchiz olunan silahlı cinayətkarlar polis əməkdaşlarına qarşı silahlı müqavimət göstəriblər: “Bu, polis əməkdaşlarının xəsarət almaları, hətta həlak olmaları ilə nəticələnib”. Onun sözlərinə görə, hər il müsadirə edilən narkotik maddələrin strukturunda heroinin çoxalması, hər il narkotiklərə, onun daha ağır növlərinə tələbatın artması halları bu sahədə ciddi əks tədbirlərin keçirilməsini tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR