Bank Of Baku

Azərbaycanda narkotik istifadəçisi olan məhkumların müalicəsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsi tikiləcək

Azərbaycanda narkotik istifadəçisi olan məhkumların müalicəsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsi tikiləcək
# 25 iyun 2008 13:28 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Narkotik vasitələrin istifadəçisi olduqları üçün məhkum edilən şəxslərin müalicə edilməsi məqsədi ilə ixtisaslaşdırılmış müalicə müəssisəsinin tikilməsi nəzərdə tutulub. APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini Murad Süleymanov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş gedir: “Bizdə olan məlumata görə, bununla bağlı torpaq da ayrılıb”. M. Süleymanov deyib ki, ixtisaslaşdırılmış müalicə müəssisəsində məhkəmə tərəfindən məcburi müalicə təyin olunan şəxslərin müalicəsi nəzərdə tutulub: “Bundan başqa istədikləri hallarda narkoman məhkumların da müalicəsinin orada aparılması mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR