Azərbaycan paytaxtında pornoqrafik disklərin nümayişində təqsirləndirilən şəxsin işi üzrə ibtidai istintaq yekunlaşıb
25 iyun 2008 15:29 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. “Tacir” internet klubunda pornoqrafik filmlərin yayılmasını və nümayişini təşkil etməkdə təqsirləndirilən İlkin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb, materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib. Onun sözlərinə görə, İ. Hüseynova qarşı Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və əşyaları qanunsuz yayma) maddəsi ilə ittiham irəli sürülüb.
Sosial
Vilayət Eyvazov Oğuzda qəbul keçirəcək
10:28
4 iyun 2024
Mayda KTM-ə zəhərlənmə səbəbilə 100 nəfər müraciət edib, 5-i ölüb
10:13
4 iyun 2024
FHN-in Akademiyasında seminar keçirilib
09:50
4 iyun 2024
Magistratura səviyyəsinin proqramları üzrə qabiliyyət imtahanlarının nəticələri elan olunub
09:34
4 iyun 2024