Bank Of Baku

TQDK abituriyentlərin imtahana hazırlıq prosesi ilə bağlı müraciətlərinə baxmağı dayandırıb

TQDK abituriyentlərin imtahana hazırlıq prosesi ilə bağlı müraciətlərinə baxmağı dayandırıb
# 27 iyun 2008 10:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən imtahan rejimində işlədiyi üçün abituriyentlərin imtahana hazırlıqla bağlı şikayətlərinə baxmayacaq. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə deyib ki, belə şikayətlər qurumun imtahana hazırlıq prosesinə mane olur: “TQDK-da artıq 400-dən çox ərizə var. Abituriyentlər bu ərizələrində ödəmə kartlarını itirdiklərini və pin-kodlarını yaddan çıxardıqlarını bildirirlər. Bu 400 abituriyentə qarşı humanizm göstərərək təzə kod vermişik. Bu gündən isə heç bir şikayətə baxılmayacaq”. Belə halların abituriyentlərin səhlənkarlığı üzündən baş verməsi qənaətində olan M. Abbaszadə xatırladıb ki, imtahan binasına giriş üçün tələb olunan sənədlər üzərində olmayan abituriyentlər imtahana buraxılmayacaq. Eyni zamanda, üzərində mobil telefon və başqa yardımçı vasitələr aşkarlanan şəxslərin də imtahanda iştirakına icazə verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR