Bank Of Baku

Son bir ildə Rusiyada “qanuni oğruların” sayı iki dəfə azalıb

Son bir ildə Rusiyada “qanuni oğruların” sayı iki dəfə azalıb
# 29 iyun 2008 09:31 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev APA. Hazırda Rusiya ərazisində 98 “qanuni oğru” fəaliyyət göstərir. APA-nın məlumatına görə, bunu Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev MDB ölkələrinin daxili işlər nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Qanuni oğrular” təkcə Cənubi və Şimal Qafqaz respublikalarının təmsilçiləri deyil, onların arasında digər millətlərin nümayəndələri, o cümlədən, slavyanlar da var”, - deyə R.Nurqaliyev qeyd edib.
Xatırladaq ki, ötən ilin əvvəlində Rusiyanın daxili işlər nazirinin müavini Oleq Safronov həmin zaman RF-də 184 “qanuni oğrunun” olduğunu bildirib. Daha 100-ə yaxın şəxs özünü bu kateqoriyaya aid etsə də, reallıqda bu “statusa” malik deyil.
O.Safronovun sözlərinə görə, kriminal avtoritetlərin cinayət aləminin işini əlaqələndirməsinə, bundan mənfəət əldə etməsinə baxmayaraq, onlar tez-tez müxtəlif kütləvi tədbirlərdə də iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR