Bank Of Baku

Bakıda silah satan şəxs həbs olunub

Bakıda silah satan şəxs həbs olunub
# 29 iyun 2008 10:10 (UTC +04:00)
Bakı APA. Bu gün Bakı şəhərinin Suraxanı rayonunda silah satan şəxs həbs olunub. APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, saxlanılan şəxs Qax rayon sakini, əvvəllər məhkum olunan Mahir Məmmədovdur.
O, qanunsuz əldə edib saxladığı “Makarov” tipli tapançanı satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun ehtiyat hissələrini əldə etmə, saxlama, satma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR