Bank Of Baku

“Müxtəliflikdə həmrəylik” proqramı çərçivəsində eston məktəblilər Azərbaycana gəliblər

“Müxtəliflikdə həmrəylik” proqramı çərçivəsində eston məktəblilər Azərbaycana gəliblər
# 30 iyun 2008 09:13 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Azərbaycanda həyata keçirilən proqram çərçivəsində Estoniyadan olan məktəblilər qaçqın və məcburi köçkünlərin yaşadıqları qəsəbələrdə olacaq, ölkəmizin müxtəlif bölgələrinə səfər edəcək, Azərbaycanın maddi-mənəvi dəyərləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. APA-nın məlumatına görə, Avrasiya Hüquqşünaslar Assosiasiyası və Estoniya Respublikasının Q-Klub uşaq təşkilatı Avropa İttifaqının dəstəyi ilə “Müxtəliflikdə həmrəylik” adlı proqram həyata keçirir. Eston və azərbaycanlı uşaqlar arasında əlaqələrin inkişafı məqsədi daşıyan layihəyə əsasən 30 iyundan 7 iyuladək 13-18 yaşlı 20 eston məktəblisi və 3 müşayiətçi rəhbər azərbaycanlı ailələrdə yerləşdiriləcək. Bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Estoniya nümayəndə heyətinin üzvləri ilə görüşüb. Hicran Hüseynova nümayəndə heyətinə Azərbaycan barədə ətraflı məlumat verib, Dağlıq Qarabağ münaqişəsinin azərbaycanlı uşaqlara göstərdiyi mənfi təsirdən söz açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR