Bank Of Baku

ATƏT-in Bakı ofisi azərbaycanlı hakim və müstəntiqlər üçün seminar təşkil edib

ATƏT-in Bakı ofisi azərbaycanlı hakim və müstəntiqlər üçün seminar təşkil edib
# 30 iyun 2008 11:37 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. Bu gün ATƏT-in Bakı ofisinin azərbaycanlı hakim və müstəntiqlər üçün təşkil etdiyi seminar başlayıb. ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, seminar çirkli pulların yuyulması ilə mübarizədə milli qanunvericilik və beynəlxalq mexanizmlərə həsr olunub. Ofis rəhbərinin müavini Aleksis Şahtaxtinski bildirib ki, bu cür treninqlərin keçirilməsi Azərbaycanın məhkəmə-istintaq orqanlarının işçilərinin peşəkarlıq səviyyəsini artıracaq.
Qeyd edək ki, iki günlük seminarda ilk instansiya məhkəmələrinin 20 hakimi, 10 müstəntiq, eləcə də beynəlxalq ekspertlər iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR