Bank Of Baku

Təhsil naziri Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən dövlət imtahanında iştirak edib

Təhsil naziri Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən dövlət imtahanında iştirak edib
# 02 iyul 2008 12:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil naziri Misir Mərdanov iyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kompüter mərkəzində filologiya fakültəsinin IV kurs tələbələri üçün keçirilən dövlət imtahanında iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ali təhsil ocağında ötən semestrdən etibarən kompüter mərkəzi fəaliyyətə başlayıb. Azərbaycanın ali təhsil müəssisələri arasında ilk dəfə bu il ADPU-da bütün ixtisaslar üzrə dövlət imtahanları İKT tətbiqi ilə aparılır.
Universitetin rektoru Yusif Məmmədovla birgə otaqları gəzərək imtahanların gedişini izləyən M. Mərdanov ADPU-da həyata keçirilən müvafiq işi yüksək dəyərləndirib. M. Mərdanov tezliklə digər ali məktəblərin də bu üsulu tətbiq edəcəyinə ümidvar olduğunu bildirib. Nazir, həmçinin biliyin əsas meyar olduğunu sübut etmək üçün tələbələrə hər cür şərait yaradılmasının vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR