Bank Of Baku

Naxçıvanda əmək yarmarkaları təşkil olunacaq

Naxçıvanda əmək yarmarkaları təşkil olunacaq
# 09 iyul 2008 11:21 (UTC +04:00)
Naxçıvan. J. Qurbanoğlu - APA. İyul-avqust aylarında Naxçıvan Muxtar Respublikasında əmək yarmarkaları təşkil olunacaq. Muxtar Respublika Məşğulluq İdarəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, Ordubad, Babək, Şərur, Sədərək, Kəngərli, Şahbuz, Culfa rayonlarında təşkil ediləcək yarmarkalar iyulun 15-də başlayacaq. Sonuncu yarmarka avqustun 8-də Naxçıvan şəhərində olacaq. Təşkilatdan onu da əlavə ediblər ki, hazırda regionun idarə və müəssisələrindən boş iş yerləri haqqında məlumatlar toplanmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR